Metroda bomba həyəcanı

Metroda bomba həyəcanı
  22 Oktyabr 2013    Oxunub:1297
Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasında partlayıcı qurğu yerləşdirilməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılıb.

Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə stansiyanın giriş və çıxışında, platformada, xidməti otaqlarda, keçidlərdə, ticarət köşklərində və ətraf ərazilərdə axtarış işləri aparmışlar. Axtarışlar nəticəsində heç bir şübhəli əyşa aşkar edilməyib. Əməliyyat saat 15:40-da başa çatıb.


Teqlər:  





Xəbər lenti