Əlillər bacarıqlarını göstərəcəklər

Əlillər bacarıqlarını göstərəcəklər
  22 Oktyabr 2013    Oxunub:1216
506 əlil müsabiqədə iştirak edəcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az- a verilən məlumata görə,
bu il noyabrın 3-cü ongünlüyündə Əlillərin VI Ümumrespublika bədii yaradıcılıq baxış-müsabiqəsinin yekun turunun keçirilməsi nəzərdə tutulur.

Artıq müsabiqənin Təşkilat komitəsinin və Münsiflər heyətinin tərkibi təsdiq edilib.

Yekun turda iştirak edəcək istedadlı əlillərin müəyyən olunması üçün 8 bölgədə - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki, Lənkəran, Sabirabad və Xaçmaz şəhərlərində zona müsabiqələrinin keçirilməsinə hazırlıq işləri aparılır.

Respublikanın ayrı-ayrı bölgələrində yaşayan 506 nəfər istedadlı əlilin qeyd olunan zona müsabiqələrində iştirakı nəzərdə tutulur.

Onu da bildirək ki, baxış-müsabiqəsində əlillərin mahnı, muğam, rəqs , instrumental ifaçılıq, bəstəkarlıq, folklor yaradıcılığı, poeziya və bədii qiraət sahəsindəki istedadları nümayiş etdirəcək.

Əlillərin VI Ümumrespublika bədii yaradıcılıq baxış-müsabiqəsinin təşkilinə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaxından köməklik göstərilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti