Qardaş qardaşı öldürdü

Qardaş qardaşı öldürdü
  23 Oktyabr 2013    Oxunub:1397
Azərbaycanda qardaş qardaşı çəkiclə öldürdü.
AzVision.az APA- ya istinadən xəbər verir ki, Sumqayıt şəhərində dəhşətli qətl törədilib.

Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün Novxanı bağlarında qeydə alınıb. Novxanıda yerləşən bağ evlərindən birində yaşayan, 35 yaşlı Rəşad Oqtay oğlu Seyfəddinov mübahisə zəminində qardaşı, 37 yaşlı Tamerlanı başından çəkiclə vuraraq öldürüb.

İlkin məlumata görə, R. Seyfəddinov qardaşını anasını döydüyü üçün öldürüb.

Sumqayıt polisinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən R. Seyfəddinov tutulub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.


Teqlər:





Xəbər lenti