Millət vəkilləri spirtli içkilərin satışına qarşı

Millət vəkilləri spirtli içkilərin satışına qarşı
  23 Oktyabr 2013    Oxunub:1337
Statistika göstərir ki, ölkəmizdə baş verən kriminal hadisələrin sayı əvvəlki illərlə müqayisədə xeyli artıb. Cinayətkarlar törətdikləri hadisələrə özünəməxsus don geyindirsələr də, hadisələrin kökündə ya narkotik vasitələrin aludəçiliyi, ya da spirtli içkilərdən istifadə dayanır.

Ölkəmizdə qanunla narkotik vasitələrin satışına qadağa qoyulsa da, spirtli içkilərin satışına hər hansı məhdudiyyət tətbiq edilmir.

Hesab edilir ki, indiki şəraitdə alkoqollu içkilərin satışı yasaqlana bilməz.

Bəs, Milli Məclisin namaz qılıb, ibadət edən deputatları nə düşünürlər? Azərbaycanda spirtli içkilərin satışı qadağan edilə bilərmi?

Millət vəkili Fazil Mustafa AzVision.az-a açıqlamasında bildirib ki, bu içkilərə qadağa qoyulmasa da, amma nəzartə sistemi gücləndirilməli və məhdudiyyətlər olmalıdır:

`Bu çətin bir məsələdir. Heç bir qadağadan söhbət gedə bilməz, yəni indi şəraitdə mümkün olan deyil. Azyaşlılara siqaretin satılması məhdudlaşdırılmalıdır. Bu,Avropa ölkələrində də belədir. Əsas odur ki, siqaret satışına nəzarət mexanizmi tapılsın. Çünki əks halda bunun qarşısını almaq mümkün olmayacaq.. Başqa alternativ variant odur ki, məktəblərdə təlim-tərbiyə güclənsin. Cəmiyyətdə alkoqolun və spirtli içkilərin zərəri ilə bağlı müəyyən təbliğatın artırılmasına ehtiyac var”.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, millət vəkili Cavanşir Paşazadə isə hesab edir ki, spirtli içkilərin satışının məhdudlaşdırılması üçün qanun qəbul edilməlidir:

`Gənclərin içkiyə aludə olmağı ilə bağlı qanun qəbul edilməlidir. İstər içki olsun, istər narkotik olsun, bunlar dövlətə ziyan gətirir. İlk növbədə, gənclərə ziyan gətirir. İstərdim ki, gənclər bu cür pis vərdişlərdən uzaq olsunlar və tədbir görülsün. İçkini qadağa etmək mümkün deyil. Amma bəzi məhdudiyyətlər qoyulmalıdır. 18 yaşına qədər olanlara satış qadağan olunmalıdır. Tədris yerlərinə yaxın yerlərdə spirtli içiklərin satılmamalıdır. Xarici dövlətələrdən gətirilir, amma mənşəyi bilinmir. Təbii ki, bu cür hadisələrin əsas səbəblərindən biri spirtli içkilərdən istifadədir. Mətbuatda da izləyir ik, deyirlər ki, sərxoş olmuşam, özümdə deyildim və hadisə törətdim”-deyə deputat bildirib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti