YAP-dan prezidentin kadr dəyişikliyinə ilk REAKSİYA

YAP-dan prezidentin kadr dəyişikliyinə ilk REAKSİYA
  23 Oktyabr 2013    Oxunub:958
Yeni Azərbaycan Partiyası (YAP) prezident İlham Əliyevin yeni kadr dəyişikliyinə münasibət bildirib.

Hakim partiyanın icra katibinin müavini, Mübariz Qurbanlı AzVision.az-a açıqlamasında ölkə başçısının sərəncamını dəstəklədiklərini bildirib:

“Biz prezidentin sərəncamına rəy verə bilmərik. Ancaq bu addımı müsbət qiymtləndiririk və dəstəkləyirik”-deyə YAP rəsmisi vurğulayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla Nazirlər Kabinetinin tərkibində dəyişiklik edilib. Prezidentin sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, müdafiə naziri Səfər Əbiyev və kənd təsərrüfatı naziri İsmət Abbasova tutduqları vəzifədən azad ediliblər.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti