Müdafiə naziri Ermənistana gedir

Müdafiə naziri Ermənistana gedir
  06 Mart 2013    Oxunub:1386
Gürcüstanın müdafiə naziri Ermənistana səfər edəcək
Gürcüstanın müdafiə naziri İrakliy Alasaniya martın 7-də Ermənistana rəsmi səfər edəcək. Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, səfər çərçivəsində Alasaniya, ermənistanlı həmkarı Seyran Ohanyanla görüşəcək.

Müdafiə nazirinin Ermənistan prezidenti Serj Sərkisyanla da görüşü nəzərdə tutulub.

Gürcüstan mətbuatının məlumatına görə səfər çərçivəsində iki ölkə arasında hərbi əməkdaşlıq müzakirə ediləcək. Buraya hərbi təhsil və müdafiə sahəsində islahatlar da daxildir.

Tərəflər həmçinin, 2013-cü ildə müdafiə sahəsində əməkdaşlıq məsələlərini də müzakirə edəcəklər.

AzVision.az


Teqlər:  





Xəbər lenti