AXCP və Müsavatdan Rəsul Quliyevə ağır CAVAB
O vurğualyıb ki, Rəsul Quliyev bu fikirləri gündəmdə qalamq üçün səsləndirir: “Gündəmdə qalmaq üçün xüsusi tapşırıqlarla müxalifəti yerli- yersiz tənqid və təhqir edir. Siyasətdə bitmiş adamın nələr deməsi mənim üçün o qədər önəmli deyil. Tapşrıqıları kimdən aldığı isə hamıya məlumdur. Kimlərin yanındadırsa, onalrdan alır”.
AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı isə vurğulayıb ki, Rəsul Quliyevin səsləndiyi fikirlər əsassızdır:
“Tamamilə əsassız fikirlərdir. Çünki Müsavat və AXCP-nin daxil olduğu Milli Şura prezident seçkilərində Azərbaycan xalqının dəstəyini aldı. Hesab edirsə ki, Milli Şuranın səhvləri var o zaman doğrusu o olardı ki, Rəsul Quliyev seçki kampaniyasının gedişində Milli Şuraya qarşı mövqedə dayanmazdı, təkliflər irəli sürərdi”.
F.Qəhrəmanlı hesab edir ki, bu cür fikirlər səsləndirmək siyasi baxımdan Rəsul Quliyevin özünə də hörmət gətirmir.
Qeyd edək ki, R.Quliyev AXCP və Müsavat liderlərini tənqid edərək onları hakimiyyətə işləməkdə ittiham edib.
Fatimə