Hafiz Hacıyev mətbuata qadağa qoydu
AzVision.az-a açıqlamasında H.Hacıyev bir müddət dincəlmək istədiyini bildirərək mətbuata çıxmaq istəmədiyi diqqətə çatdırıb:
“Yazın ki, Hafiz Hacıyev heç bir məsələyə münasibət bildirmək istəmir. Hələlik müəyyən məslələrə görə, heç nəyə münasibət bildirmək istəmirəm. Amma çox yaxın zamanlarda böyük bir brifinq keçirib ictimaiyyətə fikirlərimizi çatdıracayıq”. AzVision.az-ın əməkdaşının mətbuata qapalı qaldığınız müddətdə istirahətə gedəcəksinizmi – sualına H. Hacıyev belə cavab verib:
“Bizə istirahət qismət olmayıb. Başqa bir dövlətdə dincəlməyə həm imkanımız yoxdur, amma çox ciddi siyasi məslələrdə öz mövqeyimizi ortaya qoyacayıq”- deyə parrtiya sədri bildirib.
Şəhanə Rəhimli