Bayram Səfərov Saakyanın cavabını verdi
“Bu, mümkün olan deyil. Dağlıq Qarabağ Azərbaycanın ərazisidir, kimsə Azərbaycan dövlətinin icazəsi olmadan heç nə edə bilməz. Bütün dünya Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi qəbul edir.
Deməli, orada ermənilərin atdığı bütün addımlar, həyata keçirdiyi bütün islahatlar qeyri-qanunidir.”-deyə B.Səfərov vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl Bako Saakyan müsahibəsində bildirib ki, dəvət alacaqları təqdirdə ”DQR”n Gömrük İttifaqına qoşulması mümkündür.
Nihadə Eyyubova