Sabah qar yağacaq

Sabah qar yağacaq
  23 Oktyabr 2013    Oxunub:1159
Bakı və Abşeron yarımadasında oktyabrın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sabah güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə və gündüz 8-13 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 24-də arabir yağış yağacağı, dağlıq ərazilərdə isə sulu qara və qara keçəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 14-19, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti