Azərbaycanın sürücülük vəsiqəsi Koreyada tanınacaq
Xüsusi qeyd olunub ki, yalnız xalqın təkidli tələbilə ali hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin müdrik siyasəti, yorulmaz səyləri, onun rəhbərliyi ilə hüquq- mühafizə, o cümlədən daxili işlər orqanlarının birgə gərgin və səmərəli fəaliyyəti nəticəsində ölkədə sabitlik, əmin-amanlıq bərpa edilmiş, kriminogen durum nəzarətə götürülüb.
Ötən əsrin 90-cı illərinin ortalarından aparılan demokratikləşmə və islahatlar prosesinin DİN-dən də yan keçmədiyindən söz açan nazir demokratik prinsiplərə söykənən, polisin fəaliyyətini tənzimləyən yeni qanunlar qəbul edildiyini, bu işdə bir sıra inkişaf etmiş dövlətlərin, beynəlxalq təşkilatların mütəxəssislərinin böyük rolu olduğunu, bu qanunların icrasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd olunub ki, müasir tələblərə cavab verə bilən polis əməkdaşının formalaşdırılmasına böyük əhəmiyyət verilir. Bu baxımdan qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi məqsədi ilə son illər daxili işlər orqanlarının 3000-dən çox əməkdaşı BMT, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların xətti ilə müxtəlif ölkələrdə təşkil olunmuş çoxsaylı forum, müşavirə, treninq, seminar və təlimlərdə iştirak edib.
Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qeyri-qanuni miqrasiya ilə mübarizənin diqqət mərkəzində dayandığı, onrlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyü vurğulanıb.
Dövlət başçılarımızın siyasi iradəsinə uyğun olaraq son illər əlaqələrimizin genişləndiyini, ölkələrimizin daxili işlər orqanları arasında əməkdaşlığın Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol) çərçivəsində həyata keçirildiyini səfirin diqqətinə çatdıran nazir, DİN-lər arasında birbaşa əlaqələr qurulmasının əhəmiyyətini, bu işdə rəhbərlik etdiyi qurumun maraqlı olduğunu bildirib.
Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlıq edən səfir Çoi Sok-İnn ölkəmizdəki dayanıqlı sabinlikdən, əmin-amanlığın nümunəvi qorunmasından məmnunluğunu ifadə etmiş, təhlükəsizliyin etibarlı təmini baxımından respublikamızın dünyada azsaylı dövlətlərdən biri olduğunu xüsusi vurğulamış, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qaldırılması üçün səylərini əsirgəməyəcəyini deyib.
Görüşün sonunda nazir Ramil Usubov və səfir Çoi Sok-İnn "Azərbaycan Respublikasının Hökuməti və Koreya Respublikasının hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş" imzalanıb.
Teqlər: