Nazirlik hələlik icazə vermir

Nazirlik hələlik icazə vermir
  06 Mart 2013    Oxunub:1486
Nazirlər Kabineti Milli Məclisə hesabat göndərib.
Ötən il Fövqəladə Hallar Nazirliyi (FHN) respublikada 1121 obyektdə tikinti işlərini müvəqqəti dayandırıb.
Bu barədə Nazirlə Kabinetindən Milli Məclisə göndərilən ötənilki hesabatda qeyd olunub.
Məlumata görə, nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən tikintidə mövcud qanunvericiliyin tələblərinin təmin edilməsinə, tikinti obyektlərinin təhlükəsizlik, tikinti norma və qaydalarına əməl olunması nəzarət sahəsinə işlər davam etdirilib.

Belə ki, 2326 obyektdə texniki və vizual baxış keçirilib, onlardan 1370 obyektə qüsurların aradan qaldırılması üçün tapşırıqlar verilib, 1121 obyektdə tikinti işlərinin müvəqqəti dayandırılmasına dair qərar qəbul edilib.

Azvision.az



Teqlər:  





Xəbər lenti