Sumqayıtda qeyri-adi ticarət mərkəzi tikiləcək- FOTOLAR

Sumqayıtda qeyri-adi ticarət mərkəzi tikiləcək- FOTOLAR
  23 Oktyabr 2013    Oxunub:7377
Yanan ticarət mərkəzi yenisi ilə əvəz olunacaq.
Sumqayıtda dəniz sahilində tikiləcək yeni ticarət obyektinin proyekti ilə bağlı Türkiyənin tikinti şirkətlərindən birinin internet səhifəsində məlumat verilib.

“Sumqayıt Waves AVM” (Sumqayıt Dalğa ticarət mərkəzi) adı verilmiş kompleks 48500 kvadrat metr ərazini əhatə edəcək. Burada yüzlərlə ticarət obyekti ilə yanaşı, istirahət-əyləncə mərkəzləri, kafe və restoranlar da olacaq. Eyni zamanda ticarət mərkəzinin həyətində dairəvi formada balıq akvariumları yerləşdiriləcək. Ticarət mərkəzi 4 mərtəbədən ibarət olacağı və buz meydançasının tikiləcəyi gözlənilir.

Xatırladaq ki, Sumqayıtın ən böyük ticarət mərkəzlərindən biri tamamilə yanaraq kül olub.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti