Sabirabadda faciə: 2 yaşlı körpə yanaraq öldü
Yanğın zamanı ev sahibinin həyat yoldaşı yanıq xəsarəti alıb və xəstəxanaya aparılıb. Evdə olan 2 nəfər azyaşlı yanğın söndürənlər çatana kimi vətəndaşlar tərəfindən xilas edilib.
Yanğın saat 13:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin nəvəsi, 2011-ci il təvəllüdlü Sahilə Ceyhun qızı Xəlilzadənin cəsədi aşkar olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
AzVision.az