Azərbaycanda 2536 nəfər əqli qüsurlu şagird təhsil alır

Azərbaycanda 2536 nəfər əqli qüsurlu şagird təhsil alır
  23 Oktyabr 2013    Oxunub:1003
`Təhsil Nazirliyi sistemində 4 xüsusi məktəb fəaliyyət göstərir`.
AzVision.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin rəsmi saytında məlumat verilib. Bildirilib ki, onlardan 3-ü Bakı şəhərində, 1-i isə Gəncə şəhərindədir. Bu müəssisələrdə cəmi 2536 nəfər şagird təhsil alır.

Ümumtəhsil məktəblərindən şagirdlərin xüsusi məktəblərə keçirilməsi rayon (şəhər) təhsil şöbələrində fəaliyyət göstərən Psixoloji-tibbi-pedaqoji komissiyaların rəyi əsasında ola bilər. Həmin komissiyalarda təhsil işçiləri ilə yanaşı səhiyyə işçiləri də fəaliyyət göstərir. Şagirdlərin sağlamlıq vəziyyəti səhiyyə müəssisələri tərəfindən müəyyən edilir. Bütün hallarda xüsusi təhsilə cəlb olunma ilə əlaqədar təhsil və səhiyyə şöbələrinin nümayəndələri birgə qərar qəbul edirlər.


Teqlər:  





Xəbər lenti