Kəmaləddin Heydərov vətəndaşlarla görüşəcək
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qəbulda yalnız Sumqayıt şəhərinin, Abşeron və Xızı rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır.
Qəbula gələn vətəndaşların qeydiyyatı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Abşeron rayonu Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə) 24 oktyabr 2013-cü il tarixində saat 09:00-dan başlayacaqdır.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə:
tel: +994 (12) 512-01-14
e-mail: [email protected]
Teqlər: