Prezident yeni səfirin etimadnaməsi qəbul edib

Prezident yeni səfirin etimadnaməsi qəbul edib
  23 Oktyabr 2013    Oxunub:1023
Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Santyaqo Luis Bento Fernandes Alkasarın etimadnaməsini qəbul edib.

AzVision.az xəbər verir ki,əvvəlcə səfir fəxri qarovul dəstəsinin qarşısından keçib.

Santyaqo Luis Bento Fernandes Alkasar etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Prezident İlham Əliyev səfirlə söhbət edib.

Səfir Santyaqo Luis Bento Fernandes Alkasar oktyabrın 9-da keçirilən prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik etdi. Diplomat paytaxtımızda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin qurulmasının 20 ilinin başa çatdığını vurğulayan səfir əlaqələrimizin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Dövlət başçısı Azərbaycan Respublikası ilə Braziliya Federativ Respublikası arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. Siyasi sahədə əlaqələrin yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev iqtisadi, kənd təsərrüfatı, biznes, turizm və digər sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti