Yeni nazir Fəxri Xiyabanı ziyarət edib

Yeni nazir Fəxri Xiyabanı ziyarət edib
  23 Oktyabr 2013    Oxunub:1022
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Fəxri xiyabanı ziyarət edib.

Fəxri xiyabana gələn Azərbaycanın yeni müdafiə naziri burada Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib. Məzarın önünə gül dəstələri qoyub.

Müdafiə nazirini Azərbaycan prezidentinin təhlükəsizlik və müdafiə məsələləri üzrə köməkçisi, general-leytenant Vahid Əliyev müşayiət edib.

Qeyd edək ki, Z. Həsənov Azərbaycan prezidentinin oktyabrın 22-də imzaladığı sərəncamla müdafiə naziri təyin edilib və ona general-polkovnik hərbi rütbəsi verilib.

Xatırladaq ki, Z. Həsənov Azərbaycanın 13-cü (3-ü 1918-1920-ci, 10-u 1991-2013-cü illərdə) müdafiə naziridir. (apa)


Teqlər:





Xəbər lenti