Beynəlxalq caz festivalına start verildi

Beynəlxalq caz festivalına start verildi
  24 Oktyabr 2013    Oxunub:1220
Bakıda Beynəlxalq caz festivalı açıq elan edildi.
AzVision.az xəbər verir ki, bu gün Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə keçirilən Beynəlxalq caz festivalı açıldı.

Bildirildi ki, festival çərçivəsində Heydər Əliyev Sarayı, Beynəlxalq Muğam və Bakı Caz mərkəzlərində dünya şöhrətli musiqiçilər - Joshua Redman, Kenny Garret, Avishai Kohen, Marcus Miller, Bob James and David Sanborn, Kristof Çex və başqalarının çıxışları gözlənilir.
Azərbaycanın tanınmış ifaçıları - Salman Qəmbərov, Emil Əfrasiyab, Mircavad Cəfərov və digər istedadlı gənc caz musiqiçilər də festival konsertlərində solo proqramlarla çıxış edəcək.

Festival noyabrın 2-dək davam edəcək.


Teqlər:





Xəbər lenti