Yeni kənd təsərrüfatı naziri kollektivə təqdim olundu

  23 Oktyabr 2013    Oxunub : 566
Yeni kənd təsərrüfatı naziri kollektivə təqdim olundu
AzVision.az xəbər verir ki, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yeni təyin olunmuş kənd təsərrüfatı naziri Heydər Əsədovu nazirliyin kollektivinə təqdim edib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, R.Mehdiyev Heydər Əsədovun nazir təyin olunması haqqında prezidentin sərəncamını oxuyub, ona işlərində uğurlar arzulayıb.

PA rəhbəri İsmət Abasovun işlədiyi müddətdə görülmüş işləri təqdirəlayiq hesab edərək, aqrar sahənin inkişafı ilə bağlı Prezident İlham Əliyevin qarşıya qoyduğu məqsədləri bir daha nəzərə çatdırıb, məsləhət və tövsiyələrini verib.

Təqdimat mərasimində İ.Abasov çıxış edərək işlədiyi müddətdə Prezident İlham Əliyevin tapşırıqlarını yüksək məsuliyyətlə yerinə yetirdiyini, dövlət başçısının ölkədə kənd təsərrüfatının inkişafı üçün qarşıya qoyduğu vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəyini və ona yenidən etimad göstərilərək Baş nazirin müavini vəzifəsinə təyin edilməsinə görə ölkə başçısına minnətdarlığını bildirib.

Yeni təyin olunmuş kənd təsərrüfatı naziri H.Əsədov çıxış edərək ölkə başçısının ona göstərdiyi etimada görə təşəkkürünü bildirib, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd edib.

Teqlər: