Parlamentdə dava

Parlamentdə dava
  06 Mart 2013    Oxunub:2703
Ukrayna parlamentində yenidən deputatlar arasında mübahisə yaranıb
Bu dəfə qanunvericilər həbsdə olan Yuliya Timoşenkonun müdafiəçisi Sergey Vlasenkonun mandantından məhrum edilib-edilməməsi ilə əlaqədar ortaq mövqeyə gələ bilməyiblər. Mübahisənin davaya necə çevrildiyi dəqiq məlum deyil.

Ali Radanın spikeri isə Konstitusiya Məhkəməsinə mandatın S.Vlasenkodan geri alınması ilə bağlı müraciət edib. Bu açıqlamadan sonra S.Vlasenkonun üzvü olduğu Batkivşina partiyasının deputatları parlamentin rəyasət heyətini və tribunanı mühasirəyə alaraq, qanunverici orqanın işinə mane olub.

Sergey Vlasenkonun özü isə bildirir ki, o, məhkəmədə Timoşenkonun vəkili kimi deyil, ekspert kimi iştirak edib. Müxalifətçilər S.Vlasenkonun mandatının alnmamasını tələb edirlər. Onlar yalnız bu halda Ali Radanın fəaliyyətinə imkan verəcəklərini açıqlayıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti