Cənub bölgəsində sahibkarlar üçün treninq

Cənub bölgəsində sahibkarlar üçün treninq
  24 Oktyabr 2013    Oxunub:1335
Lənkəranda və Ağstafada sahibkarlar üçün treninqlər keçirilib.
AzVision.az xəbər verir ki, bu gün Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəran şəhərində sahibkarlar üçün "Biznesin əsasları, təşkili və idarə edilməsi" və "Logistika" mövzularında treninq keçirilmişdir.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə iştirakçılara biznesin mahiyyəti, biznes mühiti, biznesin təşkilati-hüquqi formaları, biznesin planlaşdırılması, biznesin idarə edilməsinin təşkili, biznesdə insan resurslarının səmərəli idarə edilməsi, biznesin təhlükəsizliyi və s. barədə ətraflı məlumatlar verilmişdir.

Bununla yanaşı, logistikanın mahiyyəti və məqsədi, logistika sahəsində mütəxəssislərin vəzifələri ilə bağlı fikir mübadiləsi aparılmış, logistikanın növləri, logistik mərkəzlərin aqrar-sənaye kompleksinin inkişafında rolu və s. barədə ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılmışdır.

Oktyabrın 23-də Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Ağstafa rayonunun Daşkəsəmən kəndində sahibkarlar üçün keçirilmiş treninqdə iştirakçılar marketinq anlayışı, marketinqin növləri, marketinqin istiqamətləri, istehsal olunacaq məhsulların keyfiyyəti və çeşidi, satışın təşkili və idarə edilməsi, reklam fəaliyyəti və s. barədə ətraflı məlumatlandırılmışlar.

Tədbirlərdə həmçinin, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar və s. barədə iştirakçılara geniş məlumat verilmişdir.

Tədbirlər çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.


Teqlər:





Xəbər lenti