Prezident Rusiya-Azərbaycan protokolun təsdiqlədi
Sərəncamda dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, 2013-cü il sentyabrın 10-da Astana şəhərində imzalanmış "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi arasında 2014-2016-cı illər üçün qarşılıqlı fəaliyyət haqqında Protokol" təsdiq edilsin.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etsin.
Teqlər: