Qanunvericiliyə dəyişiklik edildi
Fərmanda Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"ni "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 31 may tarixli 674-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıb ki, "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 3.11.7-ci yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və Əsasnaməyə aşağıdakı məzmunda 3.11.8-ci yarımbənd əlavə edilsin: "3.11.8. prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və ya onların adının dəyişdirilməsi barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsini 3 (üç) gün müddətində məlumatlandırır.".
Teqlər: