Çavesin ölüm xəbərini verən döyüldü- Video

  06 Mart 2013    Oxunub : 1253
Çavesin ölüm xəbərini verən döyüldü- Video
Kolumbiyanın RCN xəbər kanalının jurnalistinin başını yumruqla əziblər.
Kolumbiyanın RCN xəbər kanalının jurnalisti, eləcə də onun operator həmkarı Venesuela prezidenti Uqo Çavesin ölüm xəbərinə görə Karakas sakinləri tərəfindən hücuma məruz qalıblar.

Daha ətraflı desək, müxbir qız Çavesin ölüm xəbəri ilə bağlı reportaj hazırlamaq üçün onun olduğu xəstəxananın qarşısına gəlib. Kamera qarşısına keçib, Çavesin öldüyünü deyən anda bir qrup siyasi fəal onun ünvanına nalayiq sözlər səsləndiriblər. Lakin jurnalist qız onlara məhəl qoymadan xəbərinə davam edib.
RCN telekanalının operatoru kütlənin içərisindən bir neçə nəfərin həmkarına hücumunu və onun başından vurulduğu anı görüntüləyə bilib.

Qan içində qalan qız hüquqmühafizə xidmətinin əməkdaşlarından kömək istəyib, lakin onlar hadisəyə laqeyd yanaşıblar.

Qeyd edək ki, mərhum prezident Uqo Çavesin tərəfdarları Kolumbiya KİV-lərini sevmirlər. Onların fikrincə telekanallar ölkədə baş verənləri əhali düzgün çatdırmırlar.

Xatırladaq ki, Venesuellanin siyasi liderinin ölümü ilə bağlı rəsmi məlumat martın 6-da yayımlanıb. 58 yaşlı Çaves xərçəng xəstəliyindən əziyyət çəkirdi.

AzVision.az



Teqlər: