Əbiyev Litva naziri ilə görüşdü

Əbiyev Litva naziri ilə görüşdü
  06 Mart 2013    Oxunub:1196
Görüşdə hər iki ölkənin fövqəladə və səlahiyyətli səfirləri iştirak ediblər.
Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevin ölkəmizdə rəsmi səfərdə olan Litva Respublikasının xarici işlər naziri Linas Linkeviçiusla görüşü olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, görüş zamanı nazirlər hər iki ölkə arasında dostluq münasibətlərinin inkişaf etdirilməsininzəruriliyini qeyd ediblər.
Hərbi əməkdaşlıq sahəsində əldə edilən nəticələrin daha da möhkəmləndirilməsi barədə də ətraflı fikir mübadiləsi aparılıb.



Teqlər:





Xəbər lenti