YAP-dan Avropa Parlamentinə ETİRAZ

YAP-dan Avropa Parlamentinə ETİRAZ
  24 Oktyabr 2013    Oxunub:1587
“Avropa Parlementinin qəbul etdiyi qətnamə çox qəribə və paradoksludur.”
Bunu AzVision.az-a açıqlamasında Yeni azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Avropa Parlametinin 9 oktyabrda Azərbaycanda keçirilən prezident seçkilərini tanımaması barədə qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, 9 oktyabrda Avropa Parlamentinin Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə edən deputatları müsbət qiymət verdilər:

“İndi isə Avropa Parlamentinin seçkidə iştirak etməyən, Azərbaycanı ancaq xəritədə tanıyan deputatları seçkini qeyri-demokratik elan edirlər. Hesab edirəm ki, bu qeydi ciddi müsnasibətdir. Avropa Parlamenti özünün bu təzadlı və anlaşılmaz mövqeyinə aydınlıq gətirməlidir. Çünki seçkinin necə keçdiyini ancaq müşahidəçilər deyə bilər. Seçkini izləyən müşahidəçilər isə müsbət qiymət verirlər. Yəni bu baxımdan həmin bu qərarı Azərbaycana qarşı vaxtaşırı Avropanın müəyyən siyasət dairələrində aparılan oyunun tərkib hissəsi hesab edirəm”.

Millət vəkili bildirib ki, bu məsələdə erməni diasporasının da əli var: “Avropanın Azərbaycana qarşı iş aparanın siyasi dairələrinin mərkəzində erməni diaspor təşkilatları, Ermənistanın marağını müdafiə edənlər durur. Eyni zamanda açıq demək lazımdır ki, bəzən Azərbaycanın iştirak etdiyi layihələrdə arzuladığı payı ala bilməyən şirkətlərdə vaxtaşırı bu cür yollarla ölkəmizə qarşı təbliğat aparmağa çalışırlar. Hər halda Avropa Parlamentinin bir tərəfdən Bakıda verdiyi bəyanat, digər tərəfdən isə seçkini tanımaması barədə qəbul etdiyi qətnamə Avropa Parlamentinin məsələyə qeyri-ciddi münasibətini göstərir. Çox istərik ki, həmin parlamentin səlahiyyətli şəxsləri bu məsələyə aydınlıq gətirsinlər. Bildirsinlər ki, niyə onlar iki fərqli və bir-birinə əks mövqeni belə sakitliklə ortaya qoya bilirlər?”-deyə YAP-çı deputat qətnaməyə etiraz edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti