MSK Avropa Parlamentinə cavab verəcək

MSK Avropa Parlamentinə cavab verəcək
  24 Oktyabr 2013    Oxunub:993
“Avropa Parlamamentinin seçkini tanımaması ilə bağlı qərarının mətni hələ MSK-ya daxil olmayıb”.
Bunu AzVision.az-a açıqlamasında Mərkəzi Seçki Komissiyanın (MSK) media və ictimai əlaqələr şöbəsinin müdiri Azər Sarıyev deyib.

O, bildirib ki, həmin mətn komissiyaya daxil olduqdan sonra MSK öz münasibətini açıqlayacaq: “Hələ mətn daxil olmayıb. Mətn MSK-ya daxil olsun, mətnlə tanış olduqdan sonra, komissiya münasibətini açıqlayacaq”-deyə, A.Sarıyev əlavə edib.

Qeyd edək ki, Avropa Parlamenti Azərbaycanda keçirilən 9 oktyabr prezident seçkilərini tanımadığını bəyan edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti