Türkmən həmkarından İlham Əliyevə qələbə təbriki

Türkmən həmkarından İlham Əliyevə qələbə təbriki
  24 Oktyabr 2013    Oxunub:987
Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov prezident İlham Əliyevi dövlət başçısı seçilməsi münsibəti ilə təbrik edib.

AzVision.az-ın məlumatına görə, prezidentin təbrik məktubunda deyilir:

“Hörmətli İlham Heydər oğlu!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Əminəm ki, ölkələrimiz və xalqlarımız arasında ənənəvi dostluq münasibətləri, habelə Türkmənistan ilə Azərbaycan Respublikası arasında qarşılıqlı faydalı əməkdaşlıq xalqlarımızın rifahı naminə durmadan inkişaf edəcək və möhkəmlənəcəkdir.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edib Sizə səmimi qəlbdən möhkəm cansağlığı, bol həyat eşqi, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.

AzVision.az


Teqlər:  





Xəbər lenti