Sabah külək olacaq

Sabah külək olacaq
  24 Oktyabr 2013    Oxunub:1000
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 25-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 8-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı, lakin gecə və səhər Lənkəran-Astara zonasında yağış yağacağı ehtimalı var.

Havanın temperaturunun gecə 5-10, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda diskomfort hissi yaratsa da, oktyabrın 26-27-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişlidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti