NATO yardım, Ərəbistan isə tələb edir

NATO yardım, Ərəbistan isə tələb edir
  24 Oktyabr 2013    Oxunub:1043
Şimali Atlantika Alyansının baş katibi Andres foq Rasmussen Suriyada kütləvi qırğın silahlarının məhvi ilə bağlı məsələyə münasibət bildirib.
O bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Kimyəvi silahların məhv edilməsi təşkilatı razılıq verərsə, NATO bu işdə onlara yardımçı ola bilər. Bununla belə baş katib bir daha bəyan edib ki, rəhbərlik etdiyi qurum istənilən halda Suriyada başlana biləcək hərbi əməliyyatlarda iştirak etməyəcək.

Suriyada yaşanan insanlıq faciəsi görünür Səudiyyə Ərəbistanın səbr kasasını daşırıb. Ölkənin BMT-dəki daimi nümayəndəsi bəyan edib ki, BMT Təhlükəsizlik Şurası daha qəti addımlar ataraq Suriya hava məkanını uçuşlara qadağan zona elan etməlidir.

Bəşər Əsədə qarşı sərt sanksiyaların tətbiqinin qaçılmaz olduğunu bildirən diplomat onu dərhal atəşkəs elan etməyə səsləyib. Ölkədə isə qarşıdurmalar davam edir. Gecə saatlarında paytaxt Dəməşqə gələn qaz və elektrik xəttini partladan müxalifət şəhərə hücuma keçib. Ölən və yaralılar barədə hələki məlumat verilmir.

Ləman Əzizli
AzVision.az



Teqlər:





Xəbər lenti