1168 şəxs yol qəzalarında ölüb

1168 şəxs yol qəzalarında ölüb
  06 Mart 2013    Oxunub:1338
Nazirlər Kabinetin Milli Məclisə ötən ilin yekunları ilə bağlı hesabat göndərib.
Hesabatda bildirilir ki, yol hərəkətinə nəzarət prosesində 2011-ci illə müqayisədə 14 faiz çox inzibati xəta, o cümlədən balla qiymətləndirilən 169.317 inzibati xəta müəyyən edilib, 1954 şəxsin sürücülük hüququ müxtəlif müddətlər məhdudlaşdırılıb, şüşələrinə pərdə və plyonka çəkilən 11.591 avtomobil, avtoxuliqanlığa görə, 503 nəfər aşkarlanaraq qanuna uyğun tədbirlər görülüb.
Hesabat dövrünün ilkin qeydiyyatına 102.780 avtomobilin alınması və ölə üzrə nəqliyyat vasitələrinin ümumi sayının 1. 114. 036-ya yüksəlməsi fonunda - respublika ərazisində baş verən yol nəqliyyat hadisələrinin sayı 2892 fakt təşkil etməklə sabit qalıb. Qəzalarda ölənlərin sayı 15 faiz və ya 152 nəfər artıb, (1016-1168),yaralananların sayı 1 faiz, yaxud 34 nəfər (3031-2997) azalıb. Paytaxt ərazisində isə qəzaların və ölənlərin sayında azalma qeydə alınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti