Ermənistan: “Avropa Parlamenti Azərbaycanın maraqlarını müdafiə edir”

Ermənistan: “Avropa Parlamenti Azərbaycanın maraqlarını müdafiə edir”
  24 Oktyabr 2013    Oxunub:961
“Avropa Birliyinin qətnaməsinə daxil olan Qarabaq münaqişəsiəa dair bütün xülasələr Avropa Birliyinin rəsmi mövqeyi və Minsk qrupu həmsədrlərinin yanaşmaları ilə ziddiyət təşkil edir”.
AzVision.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan Avropa Parlamentinin Şərq tərəfdaşlıq proqramına dair qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu qətnamə sırf məsləhət xarakteri daşıyır:

“Buna baxmayaraq, qətnamənin müəllifləri işlətdikləri ifadələrlə Dağlıq-Qarabaq münaqişəsinin həllinə mənfi təsir göstərə biləcəklərini nəzərə almalıdırlar”-deyə, Ş.Köçəryan qeyd edib.

Qeyd edək ki, Avropa Parlamentinin sözü gedən qətnamədə ilk dəfə olaraq qeyd olunur ki, Dağlıq-Qarabaq münaqişəsi BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həll olunmalıdır. Həmin qətnamələrə əsasən Ermənistan ən qısa zamanda bütün qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmalı və Azərbaycan Respubikasının ərazi bütövlüyünü, suverenliyini və dövlət sərhədlərinin toxunulmazlığını təmin etməlidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti