MTRŞ “ANS” və “Xəzər”in işinə baxacaq
Məlumat üçün bildirək ki, “ANS” Müstəqil Yayım və Media Şirkətinin televiziya, radio və əlavə informasiya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti cari ilin aprel ayının 27-də, “Xəzər TV” MMC-nin isə televiziya, radio və əlavə informasiya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti sentyabrın 14-də başa çatıb.
MTRŞ-ın 04 noyabr 2013-cü il tarixdə keçiriləcək iclasında isə kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti 2013-cü il aprelin 17 –də bitmiş “SKY MAX” MMC-nin, “Baku and Boston TV Communication” MMC-nin, “Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası”nın və televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti sentyabrın 7-də bitmiş “CTV” MMC-nin müraciətlərinə baxılacaq.
Fatimə Kərimli
Teqlər: