Rusiyanın Xalq artistindən prezidentə təbrik

Rusiyanın Xalq artistindən prezidentə təbrik
  24 Oktyabr 2013    Oxunub:1306
Rusiya Federasiyasının Xalq Artisti Yuri Lyubimov İlham Əliyevi prezident seçilməsi münasibəti ilə təbrik edib.
Təbrik məktubunda bildirilir:

`İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edim.

Sizin səyləriniz sayəsində çiçəklənən ölkəyə çevrilmiş Azərbaycan ən yüksək ehtirama layiqdir. Bu gün dünyanın bütün guşələrindən gələn insanlar Sizin ölkənizlə və onun mədəniyyəti ilə tanış olmağa çalışır. Əminəm ki, Sizin güclü rəhbərliyinizlə Azərbaycan daha yüksək rifaha nail olacaq.

Xalqınıza və ailənizə səmimi qəlbdən əmin-amanlıq və firavanlıq arzulayıram`.

Həmçinin prezidenti məşhur Mistislav Rostropoviçin böyük qızı Olqa Rostropoviç də təbrik edib.

AzVision.az




Teqlər:





Xəbər lenti