Sabah təmas xəttində monitorinq keçiriləcək

 Sabah təmas xəttində monitorinq keçiriləcək
  24 Oktyabr 2013    Oxunub:954
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 25 -də Azərbaycan Respublikasının Tərtər rayonunun Həsənqaya kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

AzVision.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Piter Svidberq keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçirəcəklər.

AzVision.az


Teqlər:  





Xəbər lenti