İqtisadiyyat və sənaye naziri vətəndaşlarla görüşəcək

İqtisadiyyat və sənaye naziri vətəndaşlarla görüşəcək
  24 Oktyabr 2013    Oxunub:1590
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Cəlilabadda vətəndaşları qəbul edəcək.
Oktyabrın 25-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Cəlilabad şəhərində Masallı, Yardımlı, Biləsuvar və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaşların qəbulu saat 10:00-dan etibarən Cəlilabad Rayon Olimpiya İdman Kompleksində (Ünvan: Cəlilabad şəhəri, Qurtuluş küçəsi, 296) təşkil olunacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar Nazirliyin [email protected] elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin Nazirliyin Lənkəran regional bölməsi (Ünvan: Cəlilabad şəhəri, H.Əliyev prospekti, 3, əlaqələndirici şəxs Çingiz Məmmədov, əlaqə telefonu: (025)255-10-71, (050) 235-01-07, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış “İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.


Teqlər:





Xəbər lenti