Zakir Həsənovdan yeni kadr dəyişikliyi- YENİLƏNİB

Zakir Həsənovdan yeni kadr dəyişikliyi- YENİLƏNİB
  25 Oktyabr 2013    Oxunub:2422
Yeni müdafiə naziri Zakir Həsənovun kadr dəyişikliyi davam edir.
AzVision.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, müdafiə nazirinin müavini və Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsindən azad olunan Altay Mehdiyevin yeni vəzifəsi məlum olub. O, Şəmkir hərbi birləşməsinin komandiri general-leytenant Rövşən Əkbərovu əvəzləyəcək.

General-leytenant Rövşən Əkbərov isə yeni müdafiə nazirinin köhnə postunda xidmət edəcək. O, Daxili Qoşunların komandanı vəzifəsinə təyin olunub.

Qeyd edək ki, dünən də yerli mediada Rövşən Əkbərovun təyinatı ilə bağlı məlumat yayılmışdı. O, sözügedən informasiyanı nə təsdiq, nə də təkzib edib: “Mənə dedilər ki, kimsə belə bir məlumat yayıb. Mənim heç nədən xəbərim yoxdur. Yeni nazirin təqdimat mərasimində iştirak etmək üçün Bakıya gəlmişəm. İndi də Şəmkirə - iş yerimə qayıdıram”.

***
21:13

Azərbaycan müdafiə nazirinin yeni müavini təyin olunub. AzVision.az APA- ya istinadən xəbər verir ki, yeni nazir müavini və Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Ramiz Tahirovdur.

R. Tahirov Hava Hücumundan Müdafiə Qoşunlarında xidmət edib. O, bu təyinata qədər Azərbaycan Prezidentinin hərbi məsələlər üzrə köməkçisinin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, bu gün müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Altay Mehdiyev vəzifəsindən azad olunub.

***
Yeni müdafiə naziri təyin olunan general-polkovnik Zakir Həsənov ilk kadr dəyişikliyini həyata keçirdi. AzVision.az xəbər verir ki, Artıq bu gün Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının rəisi, general-mayor Məmməd Beydullayev vəzifəsindən kənarlaşdırılıb.

Müdafiə naziri onun yerinə Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Fəxrəddin Cəbrayılovu təyin edib.


Teqlər:  





Xəbər lenti