ABŞ Ermənistanın yeni müttəfiqidir?- VİDEO
"Bizim buradakı missiyamız Ermənistandakı islahatlara dəstək vermək, bununla İrəvanı qərbə istiqamətləndirməkdir. Və biz bu dəstəyi davam etdirəcəyik". Con Heffern dolayı yolla Rusiyanın da bostanına daş atıb. Ermənistanın Rusiyanın forpostuna çevrildiyini üstüörtülü şəkildə vurğulayan səfir, regiondakı bu status-kvonu pozmaq istədiklərinə işarə vurub:
"Biz Ermənistanın qarşısındakı seçimləri artırırıq. Çünki heç bir dövlət sadəcə bir tərəfdaşdan asılı ola bilməz. Bu seçimlər arasında qərblə yaxınlaşma da var". Qeyd edək ki, ABŞ prezidenti Barak Obamanın Serj Sarqsyanı ikinci müddətə prezident seçilməsi münasibəti ilə təbrik etməsi, Ermənistanda etirazlara səbəb olub. ABŞ-ın İrəvandakı səfirliyinin qarşısına toplaşan rejim əleyhdarları səfir Con Hefferndən Sarqsyana göndərilmiş təbriklə bağlı açıqlama tələb etmişdi.
AzVision.az