İlham Əliyev ilk rəsmi səfərinə çıxdı - YENİLƏNİB

İlham Əliyev ilk rəsmi səfərinə çıxdı - YENİLƏNİB
  25 Oktyabr 2013    Oxunub:1137
Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarus Respublikasının paytaxtı Minskə yola düşüb.

Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportundan Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.

***
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarus Respublikasının paytaxtı Minskə gəlib.

MDB-nin üzvü olan ölkələrin dövlət bayraqlarının dalğalandığı Minsk Milli Aeroportunda Azərbaycan Prezidentini Belarusun yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

AzVision.az


Teqlər:  





Xəbər lenti