Rəsul Quliyev Cəmil Həsənlini hədələdi

Rəsul Quliyev Cəmil Həsənlini hədələdi
  25 Oktyabr 2013    Oxunub:1050
Açıq Cəmiyyət Partiyasının sabiq lideri Rəsul Quliyev Milli Şuranın dünənki iclasını tənqid edib. AzVision.az xəbər verir ki, eks-spiker Cəmil Həsənlinin Milli Şuradakı çıxışına əsəbləşərək ona ehtiyatlı olmağı tapşırıb:
“Milli Şuranın növbəti sessiyası təəssüf hissindən başqa hiss yaratmadı. Sessiya bir neçə heç kimin fikir vermədiyi konstruktiv çıxışdan başqa, yadda 20 ildir söylənilən ekiz çıxışlar, real tətbiqi fantaziya olan şüarlardan ibarət oldu. Bundan başqa qaragüruhçu elementlərin baş qaldırması, abırlarını saxlayan intelektualların səslərini çıxarmaması Milli Şuranın gələcəyinin necə formalaşacığından xəbər verir.
Cəmil müəllimin qismən yaranmış hörmətinə sahib çıxmaq istəyənlər xüsusən can fəşanlıq etdilər.

Hörmət etdiyim Cəmil müəllimin əgər mən özüm getməsəm, noyabrda çıxararıq deməsini demokratiyanın ‘’zirvəsi’’ hesab etmək olar. İlk növbədə Cəmil müəllim professordur, bu adına hörmət etməlidir. İkincisi o prezident olmaq istəyirdi. Bu arzuda olan adam ən azı noyabrda müzakirə edərik deməli idi. Əgər kiçik bir iclasda bir neçə qaragüruhçunun səsini kəsmək üçün belə sözlər işlədilirsə, onda bu boyda respublikanın idarəçiliyində nələr baş verərdi”-deyə R.Quliyev C.Həsənliyə mesaj göndərib.

R.Quliyev Milli Şuraya xəbərdarlıq edərək onlar üçün problem yarada biləcəyini deyib.

“Əgər növbəti sesiyada MŞ konkret azad seçkilər uğrunda mübarizə aparacaq və bir ay müddətində plan və proqramını xalqın müzakirəsinə verəcək qərarını müzakirə etməsə mən heç vaxt belə bir şuranın üzvü olmayacağam. İş elə gətirib ki, həyatım boyu heç kim heç vaxt məni işdən azad etməyibdir.

Ancaq siz bu günə qədər bir nəfəri də işdən çıxarmaq səlahiyyətinə malik olmayan bir adam məni işdən çıxarmağla hədələdiniz, alqışlar. Milli Şura üzvülərində kifayət qədər məni dəstəkləyənlər var, istəsəm sizin məni çıxarmanıza problem yarada bilərəm. Ancaq nəyin xatirinə. Sizinlə birlikdə 2015 və 2018-ci illərdə bəyanat vermək xatirinə bu işi görmərəm”.

Rüstəm İsmayılov


Teqlər:  





Xəbər lenti