Müəllimlərin maaşı yenidən artırılacaq

Müəllimlərin maaşı yenidən artırılacaq
  25 Oktyabr 2013    Oxunub:1038
Müəllimlərin maaşı iki dəfə artırılacaq
AzVision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bu il oktyabrın 24-də imzaladığı "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda məlumat verilib.

Strategiyada nəzərdə tutulub ki, Azərbaycanda müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılması, onların illik əməkhaqlarının adambaşına düşən ümumdaxili məhsula (ÜDM) nisbəti mərhələlərlə, səriştə və nəticə əsasında diferensiallaşdırmaqla 1,8-2 dəfəyədək artırılacaq.

Eyni zamanda, məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin stimullaşdırılması üün mexanizmlər hazırlanacaq.

Sevinc


Teqlər:  





Xəbər lenti