Azərbaycanda icbari təhsilin vaxtı uzadıldı

Azərbaycanda icbari təhsilin vaxtı uzadıldı
  25 Oktyabr 2013    Oxunub:1760
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul və yerləşdirmə mexanizmi təkmilləşdirilir
AzVision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bu il oktyabrın 24-də imzaladığı "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na əsasən, Azərbaycanda 12 illik təhsil sisteminə keçid zamanı onillik ümumi orta təhsil icbari olacaq. Azərbaycanda onillik ümumi orta təhsil və ikillik tam orta təhsil modelinə mərhələli şəkildə keçidi təmin etməklə, 12 illik ümumi təhsil sistemi yaradılacaq.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul və yerləşdirmə mexanizmi təkmilləşdiriləcək. Dövlət və özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsi də planlaşdırılır.

Eyni zamanda strategiyada təhsil sistemində dövlət sifarişinin formalaşdırılmasına yenidən baxılması, ölkənin siyasi, iqtisadi və sosial inkişafının real tələbatına əsaslanaraq prioritet sayılan sahələr üzrə kadr hazırlığının təmin edilməsi, təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyət verilməsi nəzərdə tutulur.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti