MDB Dövlət Başçıları Şurasının Sammiti başlayır - FOTOLAR

MDB Dövlət Başçıları Şurasının Sammiti başlayır - FOTOLAR
  25 Oktyabr 2013    Oxunub:1163
İclas yerli vaxtla saat 12-00 –da başlayır.
Bu gün Belarus Respublikasının paytaxtı Minskdə, Müstəqillik Sarayında MDB Dövlət Başçıları Şurasının iclası keçirilir. İclas yerli vaxtla saat 12-00 –da başlayır. İştirakçı ölkələrin prezidentləri Rusiya prezidenti Vladimir Putin, Ukrayna prezidenti Viktor Yanukoviç, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Özbəkistan prezidenti İslam Kərimov, Tacikistan prezidenti Emomali Rahmon, Ermənistan prezidenti Serj Sarkisyan artıq Belarusa gəliblər.

Xəbər verdiyimiz kimi, oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də toplantıda iştirak etmək üçün Minskə yola düşüb.

Bir müddət əvvəl, Qırğızıstan prezidenti Almazbek Atambayevin Minsk sammitində iştirak etməyəcəyi bildirilmişdi. Buna görə də Ali Avrasiya İqtisadi Şurası və MDB Dövlət Başçıları Şurasının iclaslarında Qırğızıstanı baş nazirin birinci müavini Comərd Otorbayev təmsil edəcək. Prezidentin sammitdə iştirak etməməsinin səbəbləri açıqlanmır.

Qeyd edək ki, sammit çərçivəsində Avrasiya İqtisadi Birliyi Müqaviləsi layihəsi üzrə iş və quruma inteqrasiya məsələləri müzakirə ediləcək. Bundan əlavə, narkotik vasitələrin və psixotrop maddələrin keçirilməsinə Gömrük İttifaqında nəzarət üzrə "Rəqabət haqqında" adlı model qanun, Avrasiya İqtisadi Komissiyasının büdcəsi ilə bağlı məsələlər və digər mövzular da sammitin gündəmində olacaq.

Səbinə Həsənova
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti