Deputat İsmət Abbasovun işindən narazı qaldı

Deputat İsmət Abbasovun işindən narazı qaldı
  25 Oktyabr 2013    Oxunub:1345
“Prezident tərəfindən edilən bu dəyişikliklər kifayət qədər mühümdür. Bundan sonra da bəzi dəyişikliklərin olmasını gözləyirəm”.
Bunu AzVision.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib.
Ölkə başçısının kadr dəyişikliyindən razı qaldığını deyən deputat yeni ixtisarların ola biləcəyini söyləyib.

“Hesab edirəm ki, ölkə başçısının vəzifədə saxladığı, yenidən etibar etdiyi nazirlər daha böyük əzmlə qarşıdakı dövrün proqramlarını yerinə yetirə biləcəklər. Müdafiə nazirinin dəyişilməsi mühüm addım idi. Burada cəmiyyətin fikriləri dövlət başçısının fikri üst-üstə düşüb. Ali baş komandanımız hərbi sənayenin inkişafı üçün islahatlar aparıb, çox bahalı, modern silahları ölkənin təhlükəsizlik həyatına gətirməklə bu xalqın müdafiəsi üçün hansı tədbirlərin görmək istədiyini ortaya qoyub. Amma bu resursların hamısı insanlar vasitəsilə hərəkət edir. Bu resurslar əsgərlə, zabitlə möhkəmlənmirsə, onda sadəcə texnika olaraq qalır. Ona görə də Zakir Həsənov kimi təcrübəli bir insanın bu vəzifəyə yüksəldilməsi, onun çox mühüm tapşırıqlara başlanması bizdə inam yaradır ki, silahlı qüvvələr Azərbaycanın güvən yerinə çeviriləcək. Cəmiyyətin etibar edə biləcəyi ,övladların əmanət edə biləcəyi bir sahə olacaq. Bunu Qarabağ kimi problem bizdən tələb edir”.

Z.Oruc sabiq İsmət Abbasovun kənd təsərrüfatı naziri vəzifəsindən çıxarılmasının düzgün olduğunu deyib.

“Baxmayaraq ki, İsmət Abbasov baş nazirin müavini təyin olunub. Amma açıq şəkildə söyləmək lazımdır ki, kəndin ayağa qaldırılması, kəndliyə ən yüsək kreditlərin verilməsi kimi sahələrdə kifayət qədər problemlər mövcuddur. Aqrar sahədə məşğul əhalinin 42 faizi məskunlaşıb. Buna adekvat ümumi daxili məhsulda kənd təsərrüfatı 2,3 faiz təşkil edir. Xaricdən müxtəlif ərzaq üzrə asılılıq nə üçün baş verirdi? Məhz bu səbəblərə görə. Düşünürəm ki, bu problemlərin aradan qaldırılması üçün Heydər Əsədov kimi təcrüəli və kifayət qədər çevik bir insan öhdəsindən gələ biləcək”.

Millət vəkili həmçinin nazirlərin bölgələrə səfərlərini daimi olmasının vacib olduğunu deyib.

“Nazirlərin bölgələrə səfərləri daimi olmalıdır. Birinci mənbədən insanlarımız qəbul olunmalıdır”.

Deputat yeni kadr dəyişikliklərin olacağına inandığını vurğulayıb.
“Bundan sonra daha da böyük dəyişikliklərin olacağını gözləyirəm. Bir sıra başqa sahələrdə cəmiyyət qarşısında sosiaal xarakterli, həmçinin iqtisadi təşəbbüslərə geniş meydan verilməli, xarici iqtisadi əlaqələrdə bir sıra məsələlər var ki, onlar reallaşmalıdır. Həmçinin mülkiyyət münasibətləri əhalinin ən yaralı yeridir. Burada nöqsanlar və çox ciddi səhvlər var. Hesab edirəm ki, vətəndaşların mülkiyyətinin qeydiyyatı, qanuniləşməyən əmlaklarla, sahibkarların fəaliyyəti ilə bağlı ciddi tədbirlərin görülməsinə ehtiyac var”-deyə deputat qeyd edib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti