AYB: “Qaliblərin müəyyənləşməsi yalandır”

AYB: “Qaliblərin müəyyənləşməsi yalandır”
  06 Mart 2013    Oxunub:1346
Azərbaycan Yazıçılar Birliyi qalibləri rəsmi olaraq martın 19-da elan edəcək.
“Müsabiqənin qaliblərinin kim olduğu hələ müəyyən olunmayıb. Kulis.az-a kimsə bu məlumatları sızdırıb”. AzVision.az-a açıqlamasında bu sözləri Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu deyib.

O bildirib ki, ayın 19-da AYB rəsmi olaraq qalibləri açıqlayacaq. “Kulis.az-da gedən məlumatlar doğru informasiya deyil. Kimsə götürüb bunları yazıb, ehtimal ediblər ki, bu şəxslər qalib ola bilər. Amma əlsində dəqiq cavablar 19-da bilinəcək.

Qeyd edək ki, dünən Kulis.Az dərgisi Ədəbiyyat Müsabiqəsinin qaliblərinin kimlər olması barədə siyahı yerləşdirib. Bildirilir ki, ən yaxşı nəsr əsərinə görə – Yusif Səmədoğlu mükafatının qalibləri Etimad Başkeçid və Alpay Azər, ən yaxşı poetik əsərə görə – Əli Kərim mükafatı Mahir Qarayev və
Vaqif Bəhmənliyə verilib. Ən yaxşı tərcümə əsərinə görə – Abbas Səhhət mükafatı Vilayət Hacıyevə təqdim olunub.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti