Sabah yağış yağacaq

Sabah yağış yağacaq
  25 Oktyabr 2013    Oxunub:996
Sabah hava dəyişkən buludlu olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, oktyabrın 26-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşama doğru az çiskinli olacağı gözlənilir.

Mülayim cənub küləyi gündüz arabir güclənəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturunun gecə 8-11 dərəcə, gündüz 15-18 dərəcə isti olacağı gözlənilir.

Rayonlara oktyabrın 26-da əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Lənkəran, Astara zonasında intensiv olacağı ehtimalı var, zəif şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 6-11, gündüz 17-22 dərəcə, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti olacaq.


Teqlər:





Xəbər lenti