Döyülən xanım jurnalist danışdı - FOTO

Döyülən xanım jurnalist danışdı - FOTO
  25 Oktyabr 2013    Oxunub:2359
“Sivil bir insan kimi hüquqi müstəvidə haqlarımı bərpa etməyi seçdim”.
AzVision.az xəbər verir ki, “Axar” az saytının əməkdaşı Sona Yaqubova dünən axşam hüquqşünas Mehman Muradlı tərəfindən döyülməsi barədə Aynur Camalqızının dediklərini təsdiq edib. O, məsələni hüquqi çərçivədə həll edəcəyini bildirib:

“Jurnalist dostlardan və sayt rəhbərlərindən xahiş edirəm, Muradlı Mehman ilə olan problemimlə bağlı məni narahat etməsinlər. Hər halda gərək duysaydım öz işlədiyim Holdinqin saytlarında bu barədə danışardım.

Sadəcə bu qədərini deyə bilərəm ki, belə bir problem olub və mən sözügedən adamdan fərqli olaraq problemimi "qoçuluq" üsulu ilə yox, sivil bir insan kimi hüquqi müstəvidə haqlarımı bərpa etməyi seçdim.

Nəticəni isə tezliklə görəcəksiniz.

Və bu da özünü "dağ başında" hesab edən ibtidai şüurlu "kişilərə" mənim timsalımda bütün haqqı tapdanmış qadınlar adından dərs olacaq!”


Teqlər:  





Xəbər lenti