Deputatımız Gürcüstanda seçkini izləyəcək

Deputatımız Gürcüstanda seçkini izləyəcək
  25 Oktyabr 2013    Oxunub:1068
ATƏT Parlament Assambleyasının (PA) Büro üzvü, komitə sədrinin müavini Azay Quliyev oktyabrın 27-də Gürcüstanda keçiriləcək Prezident seçkilərini müşahidə etmək üçün ayın 26-dan 28-dək Tbilisidə səfərdə olacaq.
Milli Məclisdən Trend-ə bildiriblər ki, səfər çərçivəsində ATƏT PA, Avropa Parlamenti və AŞ PA nümayəndə heyətləri ilə birgə prezidentliyə namizədlərlə görüş keçiriləcək, ATƏT DTİHB-in rəhbəri ilə seçki günü və sonra birgə fəaliyyətin əlaqələndirilməsi məsələləri müzakirə olunacaq.

Oktyabrın 26-da beynəlxalq QHT-lər və KİV nümayəndələri ilə də ayrı-ayrılıqda görüşlərin keçirilməsi də nəzərdə tutulur. Oktyabrın 27-də millət vəkili Tbilisidə seçki məntəqələrində olacaq, səsvermə və səslərin hesablanması prosesini müşahidə edəcək.

Oktyabrın 28-də seçkilərin yekununa dair ATƏT PA, Avropa Parlamenti və AŞPA nümayəndə heyəti ATƏT DTİHB-lə birgə rəylə çıxış etmələri gözlənilir.


Teqlər:  





Xəbər lenti