Rövnəq Abdullayevdan Mikayıl Cabbarova iş təklifi

Rövnəq Abdullayevdan Mikayıl Cabbarova iş təklifi
  25 Oktyabr 2013    Oxunub:987
“Hesab edirik ki, dünya səviyyəli kadrlarımız azdır. Təhsil Nazirliyinin peşə təhsili sahəsinə önəm verməsi mühüm hadisədir. Bu istiqamətdə Təhsil Nazirliyi ilə əməkdaşlıq etməyə hazırıq”.
AzVision.az xəbər verir ki, bu fikirləri Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

Təhsil Nazirliyi ilə əməkdaşlıq etməyə hazır olduğunu deyən R.Abdullayev lazımı kadrların azlığından şikayətlənib.

“Böyük layihələrin həyata keçirilməsində təcrübəsi olan şəxs kimi deyə bilərəm ki, Azərbaycanda peşəkar kadrların və peşəkar fəhlələrin olması vacibdir. Dövlət başçısının dünən imzaladığı sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” peşəkar kadrların hazırlanması istiqamətində atılmış növbəti addımdır. ARDNŞ tabeliyində Ali Neft Məktəbinin yaradılması da kadr hazırlığı məsələsinə öz müsbət təsirini göstərdi”.

Şirkət prezidentinin sözlərinə görə, Dövlət Neft Şirkətinin hər zaman peşəkar kadrlara ehtiyacı var:

“Hesab edirik ki, dünya səviyyəli kadrlarımız azdır. Təhsil Nazirliyinin peşə təhsili sahəsinə önəm verməsi mühüm hadisədir. Bu istiqamətdə Təhsil Nazirliyi ilə əməkdaşlıq etməyə hazırıq”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti